"Qarabağ" Rumıniya klubuna qarşı
Antalyada təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir.
Sportline.az xəbər verir ki, bu gün ölkə təmsilçilərindən 4-ü yoxlama oyununa çıxacaq. Ölkə çemnpionu "Qarabağ" ilk görüşündə Rumıniya təmsilçisi “Akademika Klinçeni” ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
İlk oyunda Macarıstan MTK-sına 3 cavabsız qolla uduzan "Qəbələ" Rusiyanın "Çayka" komandası ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19-da start götürəcək.
Macarıstanın digər kollektivi "Kaposvar"a məğlub olan (3:4) "Sumqayıt" isə Rumıniya "Politexnika"sı ilə üz-üzə gələcək. Oyunun Bakı vaxtı ilə saat 17:00-da başlanması nəzərdə tutulub.
Nəhayət Qazaxıstan təmsilçisi "Jetisu"ya minimal hesabla uduzan (0:1) "Səbail" Ukrayna "Olimpik"i ilə münasibətlərə aydınlıq gətirəcək. Bu oyun isə saat 18:00-da başlanacaq.