"Qarabağ" son yoxlama oyununda uduzdu

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" növbəti yoxlama oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Qurban Qurbanovun komandası Çexiya "Siqma"sına 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, "Qarabağ" bu gün 2-ci yoxlama görüşünü də keçirəcək. Ağdam təmsilçisi sabiq futbolçusu Jakub Jezniçakın hazırkı klubu olan  Polşanın "Visla" komandası ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 18:30-da başlanacaq.

24 yanvar

"Qarabağ" - "Siqma" 1:3
Qollar: Martin Hala, 23 (0:1), Musa  Qurbanlı, 59 (1:1), Moymir Sitil, 61 (1:2), David Zima, 89 (1:3)