"Qarabağ" və "Neftçi"də itkilər
Premyer Liqanın XVI turunun “Qarabağ” - "Neftçi" görüşü maraqla gözlənilir.
Sportline.az xəbər verir ki, oyun ərəfəsində hər iki komandanın heyətində itki var. Meydan sahiblərinin mərkəz müdafiəçisi Rahil Məmmədov nu görüşü buraxmalı olacaq.
Zədəli futbolçu komandanın ümumi hazırlığına qoşulsa da, “Neftçi” ilə matçda iştirak edə bilməyəcək.
“Ağ-qaralar”da da “Qarabağ”la matç öncəsi itki var. Komandanın mərkəzi müdafiəçisi Voislav Stankoviç “Sumqayıt”la matçda sonuncu ümid fouluna görə qırmızı vərəqə aldığından cəzalı duruma düşüb və qarşıdakı oyunu buraxmaq məcbiriyyətində qalacaq.