"Qarabağ" yeni transferi rəsmiləşdirdi

"Qarabağ" yeni transferini açıqlayıb. 
 
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Ovusu Kvabenanın keçidini rəsmiləşdirib. 23 yaşlı qanalı hücumçunun müqaviləsinin detalları barədə məlumat verilməyib. 
 
Qeyd edək ki, 22 yaşlı forvard 2019/20 mövsümünün ilk yarısında icarə əsasında "Kordoba"da oynayıb (18 oyun, 6 qol). Artıq "Leqanes" Qana millisinin üzvünün "Qarabağ"a keçidinə razılıq verib. O, ötən ildən dəvət aldığı Qana millisində 3 oyun keçirib.