"Qarabağ", "Zirə" və "Sumqayıt" komandaları bu gün meydana çıxacaqlar
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ", "Zirə" və "Sumqayıt" komandaları bu gün yoxlama oyunu keçirəcəklər.
Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə üz-üzə gələcək.
"Zirə" Rumıniyanın "Çiksereda", "Sumqayıt" isə Serbiyanın OFK (Belqrad) kollektivini sınağa çəkəcək.
"Sumqayıt"ın oyunu Bakı vaxtı ilə saat 16:30-da, "Qarabağ"ın görüşü saat 18:00-da start götürəcək.
Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama matçında Macarıstanın "Pakş" komandasına uduzub - 1:5.