"Qarabağ"a gəlməyən futbolçunun səbəbi bəlli oldu

Rumıniyanın "Voluntari" klubunun yarımmüdafiəçisi Aissa Layduninin "Qarabağ"a transfer baş tutmayıb.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi Rumıniya klubu ilə anlaşsa da, futbolçunun transferi reallaşmayıb. Buna səbəb 23 yaşlı futbolçunun ailəsinin bu transferə qarşı olmasıdır. Fransalı futbolçunun ailəsi oyunçunun Azərbaycanda çıxış etməsini istəməyib.

Antalya toplanışı zamanı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bir futbolçu ilə anlaşdıqlarını, ancaq son anda keçidin baş tutmadığını açıqlayarkən Laydunini nəzərdə tutmuşdu.