"Qarabağ" minimal hesabla qalib gəldi

Təlim-məşq toplanışı Antalyada davam etdirən "Qarabağ" bu gün növbəti yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi Qazaxıstanın "Jetısu" klubu ilə qarşılaşıb. Görüş "Qarabağ"ın qələbəsi ilə başa çatıb - 1:0.

Qeyd edək ki, Qurban Qurbanovun komandası ilk oyunda "Akedemika Klinçeni" (Rumıniyan)  ilə heç-heçə edib - 2:2.

22 yanvar

18:00 "Qarabağ" - "Jetısu" - 1:0
Qol: Mahir Emreli, 5.