"Qarabağ"ın düşərgəsində son durum

“Qarabağ”ın Antalya toplanışı davam edir.

Sportline.az xəbər verir ki, Azərbaycan çempionu hazırlığın dördüncü gününü tək məşqlə başa vurub.

Məşq təxminən saat yarım davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından fiziki təmrinləri yerinə yetiriblər. Hazırlıq toplu çalışmalarla başa çatıb.