"Qarabağ"ın futbolçusu geri qayıtdı

Mövsümün ilk yarısını icarə əsasında "Sumqayıt"da keçirən Nicat Mehbalıyev müqavilə ilə məxsus olduğu "Qarabağ"a qayıdıb.

Sportline.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi Facebook səhifəsi məlumat yayıb.

Gənc qapıçı artıq komanda ilə məşqlərdə iştirak edir.

Onun "Sumqayıt"la icarə müqaviləsi mövsümün sonuna qədər idi.