"Qarabağ"ın futbolçusu milliyə çağırıldı

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimizin heyətinə daha bir futbolçu dəvət edilib.
Sportline.az xəbər verir ki,  “Qarabağ”  klubunun üzvü Qurban Məhərrəmov U-19-un hazırlığına qoşulub.
 
Qeyd edək ki, U-19 bu gün yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00-da) "Alanyaspor" klubunun müvafiq yaş qrupuna aid komandası ilə yoxlama oyunu keçirəcək.