"Qarabağ"ın futbolçusuna daha bir təklif
"Qarabağ"ın futbolçularına transfer təklifləri davam edir.
Sportline.az xəbər verir ki, daha çox diqqət mərkəzində olanlardan biri də qapıçı Mateuş Koxalskidir.
Polşalı futbolçunun xidmətində maraqlı olan klublar sırasına "Vidzev" də qoşulub.
Polşanın "Goal.pl" saytında yayılan məlumata görə, sözügedən klub Mateuşla bağlı qarşı tərəfə müraciət etsə də müsbət cavab almayıb.
Qeyd edək ki, 25 yaşlı qapıçı 2024-cü ilin yayından Azərbaycan çempionunun formasını geyinir.
Onun klubla 2027-ci ilin iyulunadək müqaviləsi var.