"Qarabağ"ın futbolçusunun "Lans"a transferi alınmadı

 "Qarabağ"ın müadafiəçisi Faysal Rerrasın "Lans"a transferi alınmayıb.

Sportline.az xəbər verir ki, ikinci liqa təmsilçisi belçikalı müdafiəçini transfer etməyi planlaşdırsa da, klubdakı son iclasdan sonra belə qənaətə gəlinib ki, komandada sol cinahda oynaya biləcək kifayət qədər futbolçu var.  Bu səbəbdən 26 yaşlı oyunçunun transferindən imtina edilib.

Qeyd edəkki, Rerrasla İtaliyanın "Benevento", "Krotone",  Türkiyənin "Rizespor" və Belçikanın "Lyej" klublarının da maraqlandığı bildirilir.