"Qarabağ"ın ilk oyununun vaxtı açıqlandı

“Qarabağ”ın Antalya toplanışı çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun saatı açıqlanıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi Facebook səhifəsi məlumat yayıb. Yanvarın 18-də Rumıniyanın "Akademika Klinçeni" klubu ilə keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi yanvarın 22-si Qazaxıstanın "Jetisu", yanvarın 25-i Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla qarşılaşacaq.