"Qarabağ"ın sabiq futbolçusu Yaponiya klubunda

"Qarabağ"ın sabiq üzvü Tarik Elyunussi karyerasını Yaponiyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, yarımmüdafiəçi "Şonan Bellmare" klubu ilə anlaşıb.

Son iki ili İsveç AİK-ində keçirən 32 yaşlı futbolçu Yaponiyanın J1 Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Tarik Elyunussi 2017-ci ilin yayında "Qarabağ"a keçsə də, Ağdam klubunda cəmi 6 ay forma geyinmişdi .