"Qarabağ"la Kintananın yolları ayrıldı

“Qarabağ” Dani Kintana ilə yolları ayırıb.

Sportline.az xəbər verir ki, klubun rəsmi Facebook səhifəsi “Təşəkkürlər, Kintana” başlıqlı video paylaşıb. Videoda Ağdam klubunun bugünkü məşqində futbolçuların Danini atıb-tutduğu görünür.

"Qarabağ" Dani Kintananın klubdan ayrılması ilə bağlı rəsmi məlumat da yayıb. Məlumatda deyilir ki, Dani  bu gün komandada sonuncu məşqinə çıxıb. İspaniyalı yarımmüdafiəçi Çinin "Chengdu Better City" klubuna (birinci liqada çıxış edir - red.) transfer olunub. O, bu gün tibbi yoxlanışdan keçmək üçün yeni komandasının Tailandda davam edən düşərgəsinə yollanacaq.

2015-ci ildə "Qarabağ"a transfer olunan Kintana 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. Ağdam klubu Kintanaya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.