"Qaradağ-Lökbatan"ın baş məşqçisi istefa verdi

"Qaradağ Lökbatan" komandasının baş məşqçisi Azər Bağırov istefa verib. Sportline.az  xəbər verir ki, PRO kateqoriyalı məşqçi klub rəhbərliyinə mürəciət edib və qarşılıqlı razılıq əsasında fəaliyyətini dayandırıb. Buna səbəb təcrübəli mütəxəssisin artıq I Divizionda fəaliyyət göstərmək istəməməsi olub. Qeyd edək ki, Azər Bağırov verdiyi müsahibələrdə I Divizionda heç bir inkişafın olmadığını dəfələrlə dilə gətirmişdi. Onun rəhbərlik etdiyi komanda ötən mövsüm I Divizionu 4-cü pillədə başa vurmuşdu. Əlavə edək ki, son vaxtlar Azər Bağırovun milli komandalardan birinə baş məşqçi gətiriləcəyi iddia olunur.

premyer.az