"Qarşıda daha bir 90 dəqiqə var" - Pep Quardiola

"İlk qolda səhv etdik. İkinci qol isə fantastik zərbənin ardından gəldi". SportLine.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Quardiola deyib.

İlk hissədə komandanın öz oyununu tapmaqda çətinlik çəkdiyini etiraf edən ispaniyalı mütəxəssis oyunun qalan vaxtında vəziyyətin düzəldiyini deyib:

"İkinci hissədə işlər qaydasına düşdü. Hücumlar etdik. Bir qol lazım idi. Onu vura bilmədik. Ancaq qarşıda daha bir 90 dəqiqə var. Bu 90 dəqiqədən maksimum yararlanmaq və ümumi hesabı xeyrimizə dəyişmək tələb olunur".

Xatırladaq ki, "Liverpul" - "Mançester Siti" görüşü meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.