Qavinin son durumu açıqlandı

"Barselona"nın futbolçusu Qavinin son durumu bəlli olub.

Sportline.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi sağ dizinin ön xaç bağının tam yırtılması, həmçinin lateral meniskinin zədələnməsi diaqnozu ilə müalicə olunacaq.

Bu haqda klubun rəsmi saytında məlumat yayııb. 

İstedadlı futbolçu yaxın günlərdə əməliyyat olunacaq.

Qeyd edək ki, Ispaniya və Gürcüstan milli komandalarının Avropa 2024-ün seçmə mərhələ oyununda start heyətdə meydana çıxan Qavi 26-cı dəqiqədə zədə səbəbindən əvəzlənmişdi.