"Qəbələ" Antalya toplanışına başladı

2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirmək üçün Türkiyəyə yollanan “Qəbələ” Antalya toplanışına başlayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” qonşu ölkədəki hazırlıq prosesinin ilk günündə bir məşqlə kifayətləniblər. Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Elmar Baxşıyevin rəhbərliyi altında baş tutan məşqdə futbolçular topsuz və toplu çalışmaları yerinə yetiriblər.

Zədədən sonra bərpa prosesi keçən Rasim Ramaldanov komandadan ayrı fərdi məşqlə kifayətlənib.