"Qəbələ" günü iki məşqlə başa vurub

“Qəbələ” komandası mövsümün ikinci yarısının hazırlığı davam etdirir.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Antalyada təşkil olunan təlim-məşq toplanışının 5-ci gününü başa vurub.

Elmar Baxşıyevin komandası günü iki məşqlə yekunlaşdırıb. Hər iki hazırlıq prosesi meydançada baş tutub. Məşq toplu və topsuz çalışmalardan ibarət olub.