"Qəbələ" ilk transferini rəsmiləşdirdi
"Qəbələ” qış transfer dönəmində ilk transferini rəsmiləşdirib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” "Sumqayıt"dan ayrılan Ehtiram Şahverdiyevi heyətinə qatıb. 23 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Şahverdiyev "Qəbələ” Futbol Akademiyasının yetirməsidi. O, üç illik fasilədən sonra kluba qayıdıb. 2017 - 2019-cu illərdə "Sumqayıt”ın şərəfini qorumuş yarımmüdafiəçi bunadək "qırmızı-qaralar”ın heyətində çıxış edib. O, 2015/2016 mövsümündə klubun əsas komandasında 2 oyun keçirib.