"Qəbələ" legioneri ilə yolları ayırdı

"Qəbələ" klubu kot d ivuarlı futbolçu Kristian Kuaku ilə vidalaşıb.

Sportline.az xəbər verir ki, 28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, cari mövsümün əvvəlində Çexiyanın "Karvina" klubundan transfer olunan Kristian Kuaku ilə 1+1 illik müqavilə bağlanmışdı.