"Qəbələ"dən böyük hesablı qələbə

Qəbələ” mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirir.

Sportline.az xəbər verir ki, komanda bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv I Divizion təmsilçisi MOİK-lə qarşılaşıb.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan matç "Qəbələ"nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qəbələ" - MOİK - 4:0

Qollar: Ülvi İsgəndərov, 27, Fernan Lopes, 65, Klesio Bauk, 86, Rövlan Muradov, 88.