"Qəbələ"nin futbolçusu "Turan Tovuz"da

"Turan Tovuz" heyətini daha bir oyunçu ilə gücləndirib.
 
Sportline.az xəbər verir ki, Tovuz təmsilçisi "Qəbələ"nin 19 yaşlılardan ibarət komandasında çıxış edən Veysəl Rzayevi rənglərinə bağlayıb.
 
Rzayev "Qəbələ" Futbol Akademiyasının yetirməsidir. O, eyni zamanda U19 millimizdə də çıxış edir.