"Qəbələ"nin futbolçusu zədədən qayıtdı

“Qəbələ” Antalyadakı hazırlıqlarını  davam etdirir.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”  təlim-məşq  toplanışının 4-cu gününü başa vurub. Əyalət təmsilçisinin zədədən sonra bərpa prosesini başa vuran oyunçusu  Rasim Ramaldanov da komanda ilə məşqlərə başlayıb.

Qeyd edək ki, dünən Macarıstanın MTK komandası ilə yoxlama oyununa çıxan "Qəbələ" 0:3 hesabı ilə məğlub olmuşdu.