"Qəbələ"nin oyununda hesab açılmadı

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Qəbələ” bu gün 3-cü yoxlama oyununda qüvvəsini sınayıb.

Sportline.az xəbər verir ki, “qırmızı-qaralar” Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gəlib. Görüşdə qalib müəyyənləşməyib - 0:0.

“Qəbələ” bundan əvvəlki yoxlama oyununda  MTK-ya 0:3 hesabı ilə uduzub, “Çayka”ya (Rusiya) eyni hesabla qalib gəlib. Təmsilçimiz ayın 25-də  Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşacaq.

17:00. “Qəbələ” – “Etar” (Bolqarıstan) - 0:0.