"Qəbələ"nin Türkiyədə ilk sınağı

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” ilk yoxlama oyununa çıxıb.

Sportline.az xəbər verir ki, yanvarın 12-dən qonşu ölkədə olan “qırmızı-qaralar” hazırlığın 3-cü günündə Macarıstanın MTK klubuna uduzub.

İkinci hissədə üç qol vuran Macarıstan təmsilçisi görüşdən qələbə ilə ayrılıb.

“Qəbələ” Antalyada daha üç yoxlama oyununda qüvvəsini sınayacaq. Komandamız növbəti matçını yanvarın 18-də Rusiyanın “Çayka” klubuna qarşı keçirəcək.