"Qırmızı şeytanlar" bu xəbərlə sarsıldı

“Mançester Yunayted”in futbolçusu Markus Raşfordun zədəsi cididir. 

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belində ciddi ağırlar olduğundan onun bir müddət komanda ilə birgə oynaya bilməyəcəyi və təxminən 1,5 aydan sonra meydanlara qayıdacağı bildirilib.

Qeyd edək ki, 22 yaşlı ingilis hücumçu Federasiya Kubokunun 3-cü turunda “Vulverhempton”a qarşı oyunda zədələnmişdi. O, bu mövsüm 31 matçda 19 qol vurub.