"Qismət olsa, Azərbaycana gedərəm" - Mesut Özil

"Fənərbağça"nın yeni transferi Mesut Özil bugünkü təqdimat mərasimində klubun azərbaycanlı azarkeşlərinə səslənib.

Qol.az xəbər verir ki, o, bütün Azərbaycana salam göndərib: "Qismət olarsa, Azərbaycana getmək istəyərəm. Oradakı qardaşlarımı görərəm. Sadəcə "Fənərbağça" azarkeşlərinə yox, bütün Azərbaycana salam göndərirəm və təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Məsut Özil bu gün “Fənərbağça” ilə 3,5 illik müqavilə bağlayıb.