"Astana"nı çempion edən Qriqorçuk klubsuz qaldı

Qazaxıstanın “Astana” klubu baş məşqçisi Roman Qriqorçukla yolları ayırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun müqaviləsinin başa çatmasına 1 il qalmışdı.

"Astana" 54 yaşlı mütəxəssisin rəhbərliyi altında son mövsüm Qazaxıstan çempionu olub. Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”ni çalışdırıb.

"Astana"nın yeni çalışdırıcısı da əcnəbi mütəxəssis olacaq.