Qurban Qurbanov da "Neftçi"nin matçını izlədi

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" Kiyev "Dinamo"suna 1:2 hesabı ilə uduzub.

Sportlin.az xəbər verir ki, görüşü canlı izləyənlər arasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, onun köməkçisi Çudomir Çakarov, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov, millimizin məşqçisi Arif Əsədov, AFFA-nın texniki departamentinin rəis müavini Yunis Hüseynov da olub.