Qurban Qurbanovun doğum günüdür

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, bu gün ad gününü qeyd edir.

Azərbaycan futbolunun ən parlaq simalarından olan mütəxəssisin 48 yaşı tamam olur.

Futbolçu kimi, məşqçi karyerası da uğurlu alınan Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ı çalışdırır. 12 ildə Ağdam klubuna ardıcıl 6 çempionluq qazandıran məşqçi komandanı 5 dəfə Avroliqanın, futbol tariximizdə ilk dəfə olaraq isə Çempionlar Liqasının qrup mərhələsinə çıxarmaqla adını Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazdırıb.

Təbrik edirik!