Qvardiola qərarını verdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın yeni mövsümdə harada çalışacağı müəyyənləşib.

Sportline.az sports.es saytına istinadən xəbər verir ki, o, 2020/21 mövsümündə də “Mançester Siti”də qalacaq. UEFA-nın “şəhərlilərə” 2 mövsüm avrokubok qadağası qoymasına baxmayaraq, 49 yaşlı mütəxəssis klubu tərk etməmək qərarı verib.

Məşqçiyə yaxın mənbələr İspaniya mediasına bildiriblər ki, Pep müqaviləsinin müddəti bitənə - 2021-ci ilin yayına kimi “Mançester Siti”də qalacaq.

Xatırladaq ki, bir müddətdir xarici mediada Qvardiolanın bu mövsümün “Siti”ni tərk edəcəyinə dair xəbərlər yayılıb.