Rafinya “Barselona”da özümü tərk edilmiş hiss edirdim”
“Barselona”nın brazilyalı futbolçusu Rafinya maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Sportline.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu “Barselona”da ilk 6 ay ərzində xoşbəxt olmadığını söyləyib.
“Barselona” ilk 6 ayım çox pis keçdi. Hər kəs məndən razı deyildi. Mənim satılacağı söyləyirdilər. “Barselona”da özümü tərk edilmiş hiss edirdim. İnsanların mənə rəftarı çox fərqli idi”, - deyə Rafinya bildirib.
Qeyd edək ki, Rafinya bu mövsüm bütün turnilər daxil olmaqla çıxış etdiyi 15 matçda 11 qol və 7 asistə yadda qalıb.