Ramil Quliyev 2-ci oldu
Atletika üzrə Türkiyə seçmə komandasının heyətində çıxış edən Ramil Quliyev "Brilyant Liqa" yarışlarında növbəti dəfə qaçış xəttinə çıxıb.
SportLine.az xəbər verir ki, Monakoda təşkil olunan mərhələdə Azərbaycan əslli idmançı 200 metr məsafəyə qaçışda finiş xəttini 2-ci keçib. O, 19,99 saniyə nəticə göstərib.
19,65 saniyə ilə ABŞ təmsilçisi Noy Layls qalib olub.
Qeyd edək ki, Ramil Quliyev ötən il İngiltərənin paytaxtı Londonda dünya çempionu olub.