Ramil Quliyev Avropa Çempionu oldu

Azərbaycanlı sprinter Ramil Quliyev Avropa Çempionu adına yiyələnib. 

SportLine.az xəbər verir ki, Türkiyə millisinin şərəfini qoruyan atlet Berlində təşkil olunan yarışda 200 metr məsafəyə qaçışda bütün rəqiblərini üstələyib. O, 19,76 saniyə nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da Quliyev karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionluğuna sahib çıxıb.

Qeyd edək ki, Ramil Quliyev ötən il Böyük Britaniyanın paytaxtı Londonda eyni məsafəyə qaçışda dünya çempionu olub.