Ramil Quliyev Avropa yığmasının heyətində

Çexiyada təşkil olunacaq Beynəlxalq Atletika Federasiyaları Birliyinin (IAAF) Dünya Kubokunda çıxış edəcək Avropa qitə yığmasının heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, heyətdə azərbaycanlı atlet Ramil Quliyevin də adı var.

Türkiyəni təmsil edən atlet 4x100 metr yarışlarında çıxış edəcək. 

Qeyd edək ki, Amerika, Afrika və Asiya-Pasifik qitə yığmalarının da iştirak edəcəyi yarış 8-9 sentyabr tarixlərində olacaq.