Ramil Quliyev Tokio-2020 Olimpiadasında

Türkiyəni təmsil edən həmyerlimiz Ramil Quliyev Tokio-2020 Olimpiadasına vəsiqə qazanıb.

Sportline.az xəbər verir ki, Ramil Quliyev Beynəlxalq Atletika Federasiyaları Birliyi tərəfindən keçirilən Almaz Liqanın Qətər mərhələsində kişilərin 200 metr məsafəyə qaçışında mübarizə aparıb. 28 yaşlı atlet 19.99 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

Avropa və dünya çempionu Quliyev bu nəticə ilə 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanıb.