Ramil Quliyev Rusiyaya gedir
Türkiyə seçməsinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyevin hazırlıq planı müəyyənləşib.
SportLine.az xəbər verir ki, idmançı yeni mövsümə Rusiyada hazırlaşacaq. Bu barədə TASS agentliyi məlumat yayıb.
İdmançının meneceri Olqa Nazarovanın verdiyi məlumata görə, 27 yaşlı idmançı Novorosk bazasında məşqlər edəcək. Hazırlıq prosesinin növbəti mərhələsində sprinterin şəxsi məşqçisi Oleq Muxin də iştirak edəcək. Quliyev O.Muxinin digər yetirməsi, Rusiyanın aparıcı sprinterlərindən sayılan Ruslan Perestyukla birgə çalışacaq.
Meneceri Quliyevin qış mövsümünü və 1 - 4 martda Böyük Britaniyanın Birmingem şəhərində qapalı qurğuda dünya çempionatını buraxacağını da vurğulayıb. Əslən azərbaycanlı sprinter üçün əsas yarış avqustda Almaniyanın paytaxtı Avropadakı dünya çempionatı olacaq.