Ramil Quliyevdən daha bir qızıl
Türkiyə seçməsinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev daha bir uğurlu çıxışla yadda qalıb.
SportLine.az xəbər verir ki, idmançı Norveçin paytaxtı Osloda təşkil olunan "Brilliant Liqa"da 200 metr məsafəyə qaçışda qalib olub. O, 19.90 saniyə nəticə ilə kanadalı Aaron Braun və trinidad və tobaqolu Cerim Riçardsı qabaqlayıb.
Qeyd edək ki, Ramil Quliyev ötən il İngiltərənin paytaxtı Londonda dünya çempionu olub.