Ramil Şeydayev 1.2 milyon avrodan 900 minə düşdü

Moskva "Dinamo"sundan ayrılan Ramil Şeydayevin transfer qiyməti aşağı düşüb.

Sportline.az xəbər verir ki, 23 yaşlı hücumçunun "Transfermarkt"da dəyəri 900 min avro göstərilir. Onun transfer qiyməti daha öncə 1,2 milyon avro idi.

Ramilin "Dinamo"dan ayrılmasından sonra yeni klubu müəyyənləşməyib.