Ramil Şeydayev: "Azərbaycana da dönə bilərəm"
Moskva "Dinamo"sundan ayrılan Ramil Şeydayev "CBC Sport"a açıqlama verib.
Sportline.az xəbər verir ki, 23 yaşlı forvard ayrılığının səbəbini izah edib:
"Dinamo"dan ayrılmağımın xüsusi səbəbi yoxdur. Sadəcə ola bilsin, özümü yaxşı tərəfdən göstərə bilmədim. Həmişə hər şey futbolçunun özündən asılıdır, bir az da baş məşqçidən. Mənə verilən fürsətdən istifadə edə bilmədim. Heç kimi günahlanhdırmaq istəmirəm".
O, karyerasının harada davam etdirəcəyi ilə bağlı isə bunları bildirib: "Krılya Sovetov"la qayıtmağımla bağlı məsələ hələ dəqiq deyil. Azərbaycana dönmək variantı da ola bilər. Amma təzə ayrıldığımdan hələ heç bir klubla danışıq olmayıb".