Ramil Şeydayev Azərbaycana qayıdır

Millimizin hücumçusu Ramil Şeydayev karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Şeydayev “Neftçi”nin maraq dairəsinə düşüb. 24 yaşlı futbolçunun “ağ-qaralara”a keçməyinə yaxın olduğu qeyd olunub. Xəbərdə Şeydayevin də karyerasını Azərbaycanda davam etdirmək istədiyi bildirilib.

Qeyd edək ki, Ramil Şeydayevin sonuncu klubu “Dinamo” olub. O, Moskva təmsilçisindən ayrıldıqdan sonra klubsuzdur.