Ramil Şeydayev Rusiya top-klubunda?

Moskva "Dinamo"sundan ayrılan Ramil Şeydayevin gələcək karyerası hələ də sual altındadır.

Sportline.az xəbər verir ki, millimizin hücumçusu ilə bağlı "Championat" nəşrində yazı təqdim olunub. 23 yaşlı hücumçunun Rusiyanın böyük klublarından birinə keçə biləcək ehtimalı var.

Yazıda ölkənin top-klublarında oynaya biləcək azad agent statusu daşıyan 8 futbolçu müəyyənləşdirilib.

Onlar arasında Ramil Şeydayev də var. O, iddialı klublar üçün ideal ehtiyat qüvvə hesab edilib.

Xatırladaq ki, Ramil Şeydayev 2019-cu ilin yayında "Krılya Sovetov"dan "Dinamo"ya keçmişdi. Mövsümün ilk yarısında Premyer Liqada keçirdiyi 8 oyunda 1 məhsuldar ötürmə ilə fərqlənən forvardla yollar qış fasiləsində ayrılıb.