Ramil Şeydayev "Sabah"da ilk məşqinə çıxdı

“Sabah” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir.

Sportline.az xəbər verir ki, komanda bu gün bir məşq keçib. “Bank Respublika Arena”nın ehtiyat meydançasında baş tutan məşqdə futbolçular əsasən fiziki və toplu təmrinləri yerinə yetiriblər.

Yeni transfer Ramil Şeydayev də komandada ilk məşqinə çıxıb.

“Sabah” - “Səbail” oyunu fevralın 23-də, saat 16:00-da başlayacaq. Görüş “Bank Respublika Arena”da baş tutacaq.