Rasim Əliyev "Şəmkir"in yeni baş məşqçisi olub

Azərbaycanın II Liqa təmsilçisi "Şəmkir"in yeni baş məşqçisi müəyyənləşib.

Bu barədə Sportline.az-a bölgə təmsilçisindən bildirilib.

Klub Rasim Əliyevlə anlaşıb. Son olaraq "Turan Tovuz"un akademiyasının koordinatoru vəzifəsində çalışmış A kateqoriyalı mütəxəssislə 6 ay + 1 illik müqavilə imzalanıb.

R.Əliyev daha əvvəl "Turan"la yanaşı, "Rote Fahne", "Neftçala" komandalarını çalışdırıb. O, "Feyenoord", "Utrext", PSV (hamısı Niderland), "Fənərbağça", "Gənclərbirliyi" (hər ikisi Türkiyə) və "Dinamo" (Tbilisi) klublarının düşərgələrində təcrübə keçib.