Rauf Əliyev "Neftçi"dən getdi

“Neftçi”də ayrılıq reallaşıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Rauf Əliyevlə müqaviləyə birtərəfli şəkildə xitam verib.

Keçən ilin yayından "ağ-qaralar"da çıxış edən 30 yaşlı hücumçu bu mövsüm “Neftçi”nin heyətində 15 oyunda meydana çıxıb, 2 qol vurub.