Rauf Əliyev "Səbail"ə keçdi

"Neftçi"dən ayrılan Rauf Əliyevin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 30 yaşlı hücumçu "Səbail"lə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Rauf Əliyev ötən yay "Qəbələ"dən "Neftçi"yə keçmişdi. O, "ağ-qaralar"da 15 oyuna 2 qol vurub.

"Səbail" daha öncə "Keşlə"dən Murad Qayalını transfer edib.