Rauf Əliyevin yeni klubu müəyyənləşib

"Neftçi"dən ayrılan Rauf Əliyevin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 30 yaşlı hücumçunun "Səbail"lə anlaşdığı bildirilir.

Təcrübəli futbolçu "dənizçilər"lə 5 aylıq müqavilə imzalayıb. Onun aylıq qazancı 5 min manat olacaq.

Rauf Əliyev ötən yay "Qəbələ"dən "Neftçi"yə keçmişdi. O, "ağ-qaralar"da 15 oyuna 2 qol vurub.