"Real" Fransadan qapıçı alır

"Real" heyətə yeni qapıçı cəlb etməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, madridlilər El-klasikoda "Barselona"ya 0-4 hesablı məğlubiyyətdən sonra bu qərara gəliblər.

Bu haqda "Realmadridexclusivo" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Andrey Luninin çıxışından narazı qalan klub rəhbərliyi "Lill"dən Lüka Şevalyenin keçidi həll etməyi olanlaşdırır.

Qeyd edək ki, komandanın əsas qapıçısı Tibo Kurtua zədə səbəbindən bir müddət meydandan kənarda qalacaq.